Apply Edge Start your job search

Strategiya ekspert mərkəzinin aparıcı mütəxəssisi (Risklərin idarə edilməsi üzrə)

ABB · Baku City, Baku Ekonomic Zone, Azerbaijan

Apply & track with Apply Edge

Görəcəyiniz işlər:Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;Maliyyə və makro-iqtisadi təhlillər aparmaq və onların nəticəsində proqnozlar formalaşdırmaq;İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;Qlobal və yerli bazarda risklərin idarə edilməsi və maliyyə sahələrinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçilər cəlb etmək və onlarla yaxından çalışmaq;Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq; Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.Bizim üçün uyğun namizəd:Ali təhsilli (Xarici təhsil və ya beynəlxalq sertifikatklar üstünlükdür);Risklərin idarə edilməsi sahəsi üzrə ən azı 1 il iş təcrübəsi olan;Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;Yüksək təqdimat və ünsiyyət qabiliyyəti olan;Komandada işləmə bacarığı olan şəxsdir.